2vur2 Riyaziyyat Yarışı
Hazırda aktiv yarış yoxdur. Növbəti yarış tezliklə elan olunacaq — tarixlər və mükafat fondu bu səhifədə görünəcək. O vaxta qədər hazırlaşmağa başla!
Yarış necə keçirilir?
İki mərhələ: onlayn turda hamı iştirak edə bilər, mükafatlar isə əyani finalda müəyyən olunur.
- Qeydiyyat
Yarış elan olunanda hesabına daxil olub bir dəqiqəyə qeydiyyatdan keçirsən. İştirak ödənişsizdir.
- Onlayn tur
Hamı eyni anda başlayır: DİM formatında suallar, suallar bir-bir göstərilir, geri qayıtmaq olmur.
- Əyani final
Ən yüksək nəticə göstərən iştirakçılar finala keçir. Final yalnız əyani keçirilir.
- Mükafatlandırma
Qaliblər pul mükafatı və Premium abunə alır, hər iştirakçı sertifikat və şəxsi təhlil.
Qaydalar qısaca
Ətraflı qaydalar yarış elan olunanda dərc ediləcək.
- Ödənişsiz və hamı üçün eyni
Free, Pro və Premium hesablar arasında yarışda heç bir fərq yoxdur.
- Hər iştirakçıya fərqli suallar
Suallar saytın sual bankından seçilir — hər iştirakçıya öz variantı düşür.
- Bal: düzgünlük + sürət
Bərabər nəticədə daha tez bitirən irəlidə olur.
- AI və kənar kömək qadağandır
ChatGPT, kalkulyator və başqasının köməyi qadağandır.
Tez-tez verilən suallar
Növbəti yarış nə vaxt olacaq?
Tarix elan olunan kimi bu səhifədə görünəcək. Hesabın varsa, qeydiyyatın açıldığını burada görəcəksən.
İştirak pulludur?
Xeyr. Qeydiyyatdan keçən hər kəs ödənişsiz iştirak edir və mükafat qazana bilir.
Necə hazırlaşım?
Günün sualları, onlayn repetitor və sınaqlar yarışdakı suallarla eyni sual bankındandır — onları həll etmək ən yaxşı hazırlıqdır.